Yol polisi ər-arvadı belə döydü - VİDEO

Martın 17-də İran yol polisi əməkdaşının ər-arvadı döyməsi ilə bağlı video yayılıb. Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, Tehranın Niyayeş magistral yolunda hərəkətdə olan avtomobil polis əməkdaşı tərəfindən saxlanılıb.
Polis sürücüyə sürət həddini aşdığını və qanunsuz ötmə əməliyyatı yerinə yetirdiyini bildirdikdən sonra tərəflər arasında mübahisə yaranıb. Polis vətəndaşın etirazına yumruqla cavab verəndən sonra mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə polis sürücünü və onun xanımını yumruqla döyərək, onlara xəsarət yetirib.
Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilərin kəskin reaksiyası və qəzəbinə səbəb olub. Buna görə bu gün səhər Tehran şəhər Dövlət Yol Polisinin rəisi Məhəmmədrza Mehmandar məsələ ilə bağlı açıqlama verməyə məcbur olub.
O, videoda vətəndaşları döyən şəxsin “polis əməkdaşı deyil, polis qüvvələrində xidmət edən əsgər” olduğunu bildirib. Yol Polisi rəisi döyülənlərdən birinin “qadın olmadığını” iddia edib.
Məhəmmədrza Mehmandar baş verən hadisəyə görə vətəndaşlardan üzr istəməyib və xuliqanlıq edən “əsgər”in məsuliyyətə cəlb edilməyəcəyini deyib.
Qeyd edilir ki, İranda sadə vətəndaşlar tez-tez bələdiyyə və polis işçiləri tərəfindən döyülür. Lakin öz vəzifə səlahiyyətlərindən istifadə edərək xuliqanlıq edən bu şəxslərə qarşı heç bir tədbir görülmür.
Görüntüləri təqdim edirik:
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












