Yol polisinin videosunu yayan şəxs məhkəmə qarşısına çıxarılır– VAXT AÇIQLANDI - VİDEO

Bir müddət əvvəl sosial şəbəkələrdə yol polisi ilə bağlı video yayan sürücü Kərimov Teymur Mərdan oğlu məhkəmə qarşısına çıxarılacaq. News24.az-ın məlumatına görə, T.Kərimov Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham edilir və onun barəsində Nəsimi rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edilib. Müraciətə Nəsimi Rayon Məhkəməsində iyunun 14-də saat 15:00-da hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ötən ilin avqustunda sosial şəbəkələrdə sürücü tərəfindən yol polisi ilə bağlı video yayılıb. Sürücü iddia edir ki, yol polisi qayda pozur. Hətta onun çəkiliş apardığını görüb oradan uzaqlaşarkən inspektor qəza şəraiti yaradıb. “Sürücüdən qaçan yol polisi” başlıqlı həmin videoya yol polisi cavab verib. Bu barədə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, əslində hadisə heç də həmin videoda deyildiyi kimi baş verməyib. V.Əsədov qeyd edib ki, 99 MT 608 dövlət nömrə nişanlı, “Opel Astra” markalı avtomobilin sürücüsü Kərimov Teymur Mərdan oğlu avqustun 18-də, saat 17:53 radələrində Cəfər Xəndan və Şövkət Məmmədova küçələrinin kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin YPX əməkdaşı tərəfindən saxlanılıb və qanunvericiliklə nəzərdə tutulmuş tələblər üzrə yol ayrıcı qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq İXP 1986233 saylı protokol tərtib edilib. “Protokol tərtib edilərkən Teymur Kərimovun qəza şəraiti yaratdığı, yəni, yol vermədiyi “Mercedes” markalı avtomobilin sürücüsü də ora yaxınlaşıb və həmin avtomobili idarə edənə yol polisinin yanında iradını bildirib. Lakin bununla razılaşmayan Teymur Kərimov protokol yazılandan sonra yol polislərinin videosunu çəkərək sosial şəbəkələrdə yaymaqla özünə bəraət qazandırmaq istəyib və guya əvəz çıxıb. Belə şər və böhtan xarakterli informasiya yaymaqla yol polisinin fəaliyyətinə kölgə salmaq istəyib”.
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu








