Yol polisləri dəhşətli qətlin üstünü açdı - “Land Rover”dən iki meyit çıxdı

“Avtomobilə “saxla” işarəsi versək də, sürücü maşını saxlamadı .Bir qədər gedəndən sonra avtomobilin təkəri partladı. Biz ora yaxınlaşıb, maşının başqajını açanda iki nəfərin meyitini gördük”. Bunu qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzrə məhkəmə prosesindəı şahid qismində ifadə evrən yol polisləri deyib. Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, tanınmış həkimi və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hadisə ötən ilin iyul ayında Mərdəkan qəsəbəsindəki bağ evində baş verib. İ.Xancanov əvvəllər bağban işlədiyi bağ evinin sahibi 72 yaşlı Arzu Şuşalını və həyat yoldaşı 71 yaşlı Dilarə Əhmədovanı bıçaqlayıb.
Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə məhkumluq həyatı yaşayan İ.Xancanov hadisədən 2 ay əvvəl işdən çıxarılıbmış. Ev sahibi onu işdən azad edən zaman bağban yaşlı ər-arvadı öldürmək qərarına gəlib. İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Xancarov isə bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünüb. O, izi itirmək üçün qan içində olan ər və arvadı Arzu Şuşalıya məxsus “Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Qətlin üstünün açılmasına səbəb yol polisləri olub. Belə ki, Mərdəkan qəsəbəsində xidmət zamanı polis əməkdaşları “Land Rover” markalı avtomobilin sürücüsünə “Saxla” əmri verib. Ancaq özünü şübhəli aparan sürücü buna məhəl qoymayıb. Sonradan avtomobil saxlanılan zaman salonda qan içərisində olan yaşlı qadınla kişini aşkar edib. Müəyyən edilib ki, onlardan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu yaralı vəziyyətdədir, qadın isə artıq dünyasını dəyişib.
Prosesdə suallara cavab verən İ.Xancanov söyləyib ki, avtomobildə olan şəxslərdən biri Arzu Şuşalı həmin vaxt dünyasını dəyişməyib: “İstəyirdim ki, onun həyatını xilas edəm”.
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses mayın 13-nə təyin edilib.
Qeyd edək ki, A.Şuşalı xəstəxanaya çatdırılsa dabir neçə ay sonra dünyasını dəyişib
Arzu Şuşalı tanınmış həkim olub və 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə təltif edilib.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT











