Yolu azaraq Ermənistana keçən azərbaycanlının anası danışdı - FOTO

Elvin kənddə hər gün gəzməyə çıxırdı, lakin həmişə vaxtında evə qayıdırdı.
Avtosfer.Az xəbər verir ki, bunu Oxu.Az-ın qərb bürosuna Qazax rayonu istiqamətində yolu azaraq düşmən tərəfə, Noemberyan rayonu ərazisinə keçən İbrahimov Elvin Arif oğlunun anası deyib.
O bildirib ki, oğlu Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır və müalicə alır. E. İbrahimovun anası deyib ki, oğlu 15 mart səhər saat 8-də evdən çıxıb və geri dönməyib. Məlum olub ki, 33 yaşlı gənc yolu azaraq Ermənistanın Noemberyan rayonu ərazisinə keçib. Düşmən hərbçiləri tərəfindən açılmış atəş nəticəsində Elvin ayağından yaralanıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, müvafiq beynəlxalq təşkilatlar E. İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Dövlət Komissiyası Elvin İbrahimovun azad edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb. Həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.
Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.
Hazırda araşdırma işləri davam edir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
















