Yolun mühafizə çəpərinin dayaqlarını oğurlayan şəxs saxlanılıb - FOTO

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun kənarındakı mühafizə çəpərinin dayaqlarını oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara RPŞ-yə Ələt-Astara magistral yolunun 188-ci kilometrində dayanacaq meydançası ətrafında ümumi dəyəri 1206 manat olan hər biri 3 metr olmaqla 60 ədəd məftil mühafizə çəpərinin dayaqlarının oğurlanması ilə bağlı müraciət daxil olub. RPŞ əməkdaşları tərəfindən keçirirlən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən rayonun Bala Şahağacı kənd sakini Eyvaz Məcidov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinin zirzəmisindən paslanmayan dəmir dayaqlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










