Yük maşınından 110 kq-dan çox heroin aşkarlanıb - FOTO

Azərbaycan gömrükçülərinin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 110,4 kq narkotik vasitənin - heroinin qaçaqmalçılığının qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan külli miqdarda narkotik vasitələrin Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
Məlumat əsasında İrandan Azərbaycan ərazisindən tranzit keçməklə İsveçə "yeyinti malları" adı altında yük daşıyan İran vətəndaşı İranızadeh Alı Gholamabbasın idarə etdiyi VOLVO markalı yük avtomobili Biləsuvar gömrük postunda saxlanılıb və "Belıy" ləqəbli kinoloji xidmət iti vasitəsilə gömrük yoxlamasından keçirilib. Yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun təkərlərinə reaksiya verib. Bundan sonra qoşqunun təkərləri açılaraq 3 ədəd hərəkətverici oxların içərisində, zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda gömrük nəzarətindən gizlədilmiş dairəvi-uzunsov formalı bağlamaların olduğu müəyyən edilib. Yoxlama zamanı yapışqanlı lentlə sarınmış dairəvi formalı bağlamaların içərisindən, ümumilikdə, 110 kq 400 qram narkotik vasitə-heroin aşkarlanıb.
Tutulan narkotik vasitənin İrandan İsveçə aparılmasını nəzərə alsaq, həmin heroinin Avropanın "qara bazar"ında dəyəri təxminən 20 milyon manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO















