Yük maşınından 28 kilo narkotik vasitə aşkarlanıb – VİDEO

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
DGK-dan Avtosfer.az-a verilən məlumata görə, Ukrayna Respublikası vətəndaşı İvonyak Volodimir Vasilieviç idarə etdiyi "Renault" markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasının Malayer şəhərindən Ukrayna Respublikası Odessa şəhərinə "kişmiş" yükü apararkən Astara gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılıb və nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. Bu zaman "Renault" markalı yük nəqliyyat vasitəsinin qoşqusunun ön divarında, soyuducu qurğusunun aşağı hissəsində, dördkünc formalı şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan "kişmiş" yükü boşaldılıb. Daha sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. Kinoloji xidmət iti həmin hissəyə reaksiya verdiyindən divar xüsusi alət və avadanlıqlardan istifadə edilərək sökülüb. Nəticədə nəqliyyat vasitəsinin ön divarında, soyuducu qurğusunun aşağısında, xüsusi düzəldilmiş yerdə, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 54 ədəd yastı dördkünc formalı bağlama aşkar edilib. Gömrük yoxlaması tam başa çatdıqdan sonra 54 ədəd bağlamanın qablaşdırılması ilə birlikdə çəkisi 28400 qram olan narkotik vasitə - heroin olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












