Yük maşınından müxtəlif cinsli işlik meşə materialı aşkar olunub

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Lənkəran rayonunun Şiləvar kəndi ərazisində “HOVA” markalı 99RC914 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 13,1 m3 həcmində müxtəlif cinsli işlik meşə materialı aşkar olunub.
Bu barədə Avtosfer.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı avtomobili idarə edən şəxsin Lerik rayon sakini Mirməmməd İbrahimov olduğu müəyyən edilib.
Lerik rayonu ərazisində keçirilən reyd zamanı isə rayonun Piran kəndi ərazisində Biləsuvar rayon sakini Yaşar Mirzəyevin idarə etdiyi “Qazel” markalı 10XD178 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 180 kisə kömür aşkar edilib.
Hər iki faktla bağlı akt tərtib edilib və meşə fonduna dəyən 2860 manat məbləğində ziyan hesablanıb. Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.
İlyas
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










