Yük maşınından yıxılıb öldü

Gədəbəy rayonunda 31 yaşlı kişi bədbəxt hadisə nəticəsində vəfat edib. Avtosfer.az xəbər verir ki, Gədəbəy rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, şəhərin mərkəzində 1 nəfərin yük maşınının yük yerindən yıxılıb ölməsi barədə daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, 1988-ci il təvəllüdlü Mehdi Mehdiyev yanvarın 29-u saat 16 radələrində həyətində olan dəmir ayaqaltıları və digər tikinti vasitələrini həyətdən çıxarmaq üçün əvvəlcədən razılaşdığı qaldırıcı kran və yük maşınını yarımtikilinin qarşısına çağırıb.
Yük maşını həyətin giriş darvazasının qarşısında dayanıb. Həmin vaxt M.Mehdiyev kuzova çıxaraq qaldırıcı kranın dəmir ayaqaltıları hansı vəziyyətdə qoyduğuna baxmaq istəyib. Bu zaman yük maşının kuzovundan başı üstə asfaltın üzərinə yıxılıb, aldığı xəsarət nəticəsində hadisə yerində vəfat edib.
Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub, iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










