Yüzlərlə çətənə kolu yetişdirən şəxs tutulub - Abşeronda

Abşeron rayonunda həyətyanı sahəsində yüzlərlə çətənə kolu yetişdirən şəxs tutulub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri Aşağı Güzdək qəsəbəsindəki evinin həyətində narkotik maddə becərən 39 yaşlı Hikmət Nəsirov saxlanılıb. O, ifadəsində çətənə kollarını özü əkmədiyini, toxumunu Masallı rayonunda yaşayan bibisi oğlundan aldığını, evə gətirdikdən sonra anasının əsəbləşərək yoxumun olduğu bağlamanı bağa atdığını, nəticədə belə bir mənzərənin yarandığını bildirib. Ancaq sonradan törətdiyi əməli etiraf edib. Məlum olub ki, H.Nəsirov toxumu bibisi oğlundan alıb, anası onu əkib, dayısı sulayıb, özü isə yığıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI












