Zahid Oruc STM-in ləğvindən DANIŞDI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili ilə bağlı Fərman imzalayıb.
Avtosfer.az xəbər verir ki, Bakıvaxtı.az məsələ ilə bağlı sözügedən qurumun rəhbəri, deputat Zahid Orucla əlaqə saxlayıb.
Z. Oruc bildirib ki, hazırda ölkədə aparılan institusional islahatlar dövlət idarəçiliyinin modernləşdirilməsinin əsas istiqamətini təşkil edir. Onun sözlərinə görə, imzalanan fərman da məhz bu islahatlar çərçivəsində atılan növbəti addımdır:
“Hazırda ölkəmizdə institusional dəyişikliklər gündəmin prioritetini təşkil edir. Dövlət başçısının imzaladığı fərman da bu prosesi əks etdirir. Bu səbəbdən Sosial Tədqiqatlar Mərkəzinin digər qurumla birləşdirilməsi və bundan irəli gələn tədbirlər həyata keçirilir. Dövlət başçısının qərarları hüquqi əhəmiyyət daşıyır və onlar şərh oluna bilməz”.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi 11 fevral 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılıb və ləğv edilənədək quruma Milli Məclisin deputatı Zahid Oruc rəhbərlik edib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












