Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulub - VİDEO

Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Çökək kənd sakini, Ramin Nüsrəddin oğlu Cavadov mağazasından oğruluq olunması ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib. Zaqatala RPŞ tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğruluqda şübhəli bilinən Zaqatala şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əşrəf Rasim oğlu Hacızadə, Sədullah Ayda oğlu Aydayev və Natiq Vidadi oğlu Aydəmirov saxlanılaraq, istintaqa təhvil veriliblər. İlkin istintaq zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olaraq, kənd sakininə məxsus mağazadan 100 manat nağd pul, ümumi dəyəri 500 manat olan tütün məmulatları və ərzaq məhsulları oğurlayıblar. Saxlanılanlar barəsində həbs qəti imkan tədbiri seçilib, hazırda istintaq aparılır.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










