Zenfira ərinin maşın hədiyyə etdiyi qızı döyüb?

Müğənni Zenfira İbrahimova məşhur mağazalardan birinin əməkdaşını döyməsi barədə yayılan məlumata münasibət bildirib. O, “Qafqazinfo”ya açıqlama verərək belə bir hadisənin baş vermədiyini qeyd edib: “Belə bir hadisə baş verməyib. Əgər baş veribsə, tanınmış simayam, hansısa bir görüntüm ortaya çıxardı. Dünya ulduzları haqqında da belə xəbərlər yazırlar. Mən öz işimin başındayam, boş söhbətlərdir. 15 illik ailə həyatım var, istəmirəm ki, şəxsi həyatımla bağlı gündəmdə olum. Əgər həmin qız döyülsəydi, hüquqi cəhətdən haqqını tələb edərdi, deyərdi ki, Zenfira xanım mənə əl qaldırıb. Artıq-əskik sözlərdir, düzgün məlumat yaymayaraq camaatı çaş-baş salırlar. Anarın da, mənim də maşınım kreditdədir. Elə imkan yoxdur ki, başqasına maşın hədiyyə edək”.
Qeyd edək ki, musavat.com saytının yaydığı xəbərə görə, ifaçının idmançı əri Anar Heydərov idman zalında tanış olduğu Lamiyə adlı xanıma qırmızı rəngdə avtomobil hədiyyə edib. Məsələdən xəbər tutan Zenfira mağazaya gedərək, qızı döyüb və avtomobili əlindən alıb.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…














