Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin yaradılması istiqamətində işlər son mərhələyə yaxınlaşır. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu üzrə tikinti işlərinin böyük hissəsi artıq tamamlanıb, dəmir yolu layihəsi üzrə də işlər davam etdirilir. Rəsmi məlumata görə, Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır və bir sıra xırda işlərin tamamlanması qalır. Dəmir yolu xəttinin isə gələn il Ermənistan sərhədinə çatdırılması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, illərdir regionun əsas nəqliyyat layihələrindən biri kimi müzakirə olunan Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni nəqliyyat bağlantısı kimi təqdim olunur. Layihənin reallaşması ilə Azərbaycan ərazisindən keçən beynəlxalq yükdaşımaların imkanlarının genişləndirilməsi də hədəflənir. Rəsmi hesablamalara əsasən, dəhlizin ilkin mərhələdə illik 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olması nəzərdə tutulur.
Nəqliyyat eksperti, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Zəngilanda səfərdə olarkən Zəngəzur dəhlizi ilə tanış olmaq imkanı əldə edib. O bildirib ki, ərazidə xarici mütəxəssislər də layihə üzrə işlərə cəlb edilib. Zəngilan, Qubadlı və Laçın istiqamətində Zəngəzur dəhlizi – TRIPP layihəsi üzərində müəyən işləri həyata keçirirlər.

“Dəhliz Cənab Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilən kimi dərhal ortaya qoyduğu siyasi iradənin nəticəsidir. Biz burada son tamamlanma işlərinin şahidi oluruq. Nəqliyyat dəhlizləri bu gün dünyanın supergüclərinin hədəfindədir. Bir-birləriylə müharibələr aparır, qan tökürlər ki, dəhlizlər açılsın, nəqliyyat-logistika logistika sistemi qurulsun. Çünki dəhlizlər həm bu günün, həm də gələcəyin iqtisadi gəliri məhz bu sahələrdədir. İllərdir regionun əsas nəqliyyat layihələrindən biri kimi müzakirə olunan Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni nəqliyyat bağlantısı kimi təqdim olunur. Layihənin reallaşması ilə Azərbaycan ərazisindən keçən beynəlxalq yükdaşımaların imkanlarının genişləndirilməsi də hədəflənir. Rəsmi hesablamalara əsasən, dəhlizin ilkin mərhələdə illik 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olması nəzərdə tutulur”.
Elməddin Muradlı onu da vurğulayıb ki, vaxtilə yalnız layihə və marşrut kimi müzakirə olunan Zəngəzur dəhlizi artıq konkret yol və dəmir yolu infrastrukturu ilə formalaşan nəqliyyat xəttinə çevrilir.
Səfər
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












