Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO

Zəngilan rayonunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, xüsusi nümayəndəliyin əməkdaşları, Zəngilan Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları, rayonda fəaliyyət göstərən dövlət qurumlarının və şirkətlərin nümayəndələri, qazilər, şəhid ailələri, həmçinin Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri iştirak ediblər.
Mərasimdə Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir iştirakçıları Zəngilan şəhərində Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin ruhuna dualar oxunub, onların məzarları üstünə gül çələngləri qoyulub.
Qeyd edək ki, analoji tədbir Masazır qəsəbəsində Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dislokasiya üzrə təyin olunmuş ərazidə də keçirilib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX




















