“Zirə” təchizat-yedək gəmisi əsaslı təmir olunub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus "Zirə" təchizat-yedək gəmisi əsaslı təmir edilib. ASCO-dan Avtosfer.az-a bildirilib ki, "Bibiheybət" Gəmi Təmiri Zavodunda aparılan təmir işləri vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb. Təmir zamanı braşpil qurğusu, su-yağ soyuducuları, 4 nasos, hava balonları, boru sistemləri, hava xətləri ilə birlikdə CO2 balonları, dayanacaq mühərriklərinin generatorları, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma sistemləri təmir olunub, xilasedici qayığın kran-balkasının sınaq işləri aparılıb. Təmir prosesində yararsız vəziyyətdə olan bioloji qurğu tamamilə demontaj olunub, əvəzində yeni V=87,79 kubmetr həcmində olan ballast çəninin fekal-çirkab su çəni kimi istifadə olunması təmin olunub.
Həmçinin işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarda lazımi təmir işləri aparılıb.
Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları cari təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib. Bundan əlavə, gövdənin qorunması üçün cizgi əsasında yeni metal qoruyucu tirlər quraşdırılıb, baş göyərtədə lövbərlərin qoyulması üçün taxta döşəmə metal lövhə ilə əvəz olunub. Gövdə təmir işləri başa çatdırıldıqdan sonra gəmi üzrə rəngləmə işləri yerinə yetirilib. Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb və sınaq işləri uğurla başa çatdırılıb.
Qeyd edək ki, gəminin uzunluğu 60 metr, eni 16 metr, sürəti 13 uzeldir. "Zirə" gəmisinin dedveyti 1810, dartma qüvvəsi 75 tondur. Gəminin texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlarını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir.
Təchizat-yedək gəmiləri yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyükhəcmli yük tanklarına malikdir.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










