Ziya Məmmədovun avtobusları su qiymətinə satılır - Qiymət hər dəfə düşür

Ziya Məmmədovun nəqliyyat naziri olduğu dövrdə alınaraq Bakıya gətirilən avtobuslar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəfələrlə hərraca çıxarılsa da, satılmır. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, vaxtilə istifadə edilən Almaniya və Koreyadan alınan avtobuslar artıq 2 ildir ki, hərraca təqdim edilir. Lakin indiyə qədər alıcı tapılmayıb. Auksiona ümumilikdə 35 avtobus təqdim edilib ki, onlardan 27-si “Daevoo BC212MA”, 8-i isə “Man Lion S Klassik A-74” markalı avtobuslardır. 2008-2009-cu il istehsalı olan bu avtobuslar Azərbaycana 2008-2010-cu illərdə gətirilib. Dəfələrlə eyni qiymətlə hərraca təqdim edilən avtobuslara alıcı olmadığı üçün qiyməti demək olar ki, yarı-yarıya endirilib. Belə ki, ilk hərracda 22.500 manata təqdim edilən “Man Lion S Klassik A-74” avtobusları sonuncu hərracda 18.750 manata təqdim edilmişdi. Bu hərracda isə 12.500 manata təqdim edilib.
İlkin endirilmiş qiyməti 12.150 manata olan “Daevoo BC212MA” avtobusları isə indi 6.750 manata satışa çıxarılıb.
Xatırladaq ki, fəaliyyəti ləğv edilən Nəqliyyat Nazirliyi tərəfindən ölkəyə gətirilən bu avtobusların satışı üçün hərrac 9 aprel tarixində həyata keçiriləcək.
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…










