ABŞ-dən aldığı maşın başına iş açdı - “Rüsumu əsassız olaraq artırdılar” - FOTO

“ABŞ-nin “Manheim” hərracından 8500 dollara avtomobil almışam. Maşının real qiyməti, hərrac məbləği ilə bağlı əlimdə sənədlər olsa da, Azərbaycan gömrüyündə qiyməti əsassız olaraq artırılıb. Nəticədə gömrük rəsmiləşdirilməsi gecikdirilir, 3 həftədir maşını terminaldan çıxara bilmirəm”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Bakı sakini Rahib Məmmədov müraciət edib.
Onun sözlərinə görə, əvvəlcə gömrük ödənişi kimi 10.277 AZN rüsum müəyyən edilsə də, sonradan bu məbləğ artırılıb: “6 ay əvvəl 2018-ci il buraxılışlı, 213.000 km yürüşü olan “BMW X5 Plug in Hybrid” markalı avtomobili 8500 dollara satın almışam. Sentyabrın 23-dən isə avtomobil gömrük terminalına daxil olub. Xaricdə olduğuma görə oktyabrın 7-də sənədləşmə işlərinə başlamışam. Gömrük bəyannaməsinin rəsmiləşdirilməsi zamanı ödənilməli olan məbləğ ilkin olaraq 10.277.41 manat müəyyən edilib.
Lakin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə şöbəsinin rəisi Elamin Əhmədov tərəfindən həmin məbləğ qəbul edilməyib və avtomobilin gömrük dəyəri əsassız olaraq artırılaraq 14500.00 AZN edilib. Bu qərarın səbəbini öyrənmək məqsədilə şöbə rəisinin qəbulunda oldum və o, avtomobili ucuz qiymətə aldığımı, “Manheim” hərracının qapalı olduğunu bildirdi. Mən isə avtomobilin hərracdan hansı qiymətə satın alındığını təsdiq edən bir neçə sənədin, ödəniş məlumatının və digər sübutların telefonumda olduğunu, onları təqdim etməyə hazır olduğumu bildirdim. Lakin E. Əhmədov təqdim etmək istədiyim sübutlarla tanış olmağa ehtiyac görməyərək mənə “ehtiyac deyil, get ödənişini et, gələrsən” cavabını verdi.
Hesab edirəm ki, dövlət qulluqçusunun vətəndaşın təqdim etməyə hazır olduğu sübutları araşdırmadan kənara qoyması və artırılmış gömrük ödənişinin həyata keçirilməsini tələb etməsi obyektivlik və şəffaflıq prinsipləri baxımından ciddi suallar yaradır”.
Şikayətçi iddia edir ki, gömrük dəyərinin artırılmasının arxasında şəxsi maddi maraq dayanır: “Mən dövlət büdcəsinə qanunla nəzərdə tutulmuş bütün ödənişləri ödəməyə hazıram. Lakin faktiki alış qiymətini təsdiq edən sübutlarım araşdırılmadan üzərimə əlavə maliyyə yükü qoyulmasını ədalətli hesab etmirəm. Gömrük dəyərinin artırılması ilə bağlı hərəkətlərin qanuniliyinin xidməti qaydada araşdırılmasını istəyirəm. Mən dövlətdən güzəşt istəmirəm, yalnız qanunun düzgün tətbiq edilməsini, təqdim etdiyim sübutların nəzərə alınmasını və vətəndaş kimi hüquqlarımın qorunmasını tələb edirəm”.
Problemlə bağlı Dövlət Gömrük Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin avtomobilin gömrük dəyəri qanunvericiliyə uyğun müəyyən olunub: “Rahib Məmmədovun Amerika Birləşmiş Ştatlarından idxal etdiyi nəqliyyat vasitəsinin gömrük dəyərinin dürüstləşdirilməsi müvafiq qanunvericiliklə müəyyən edilən qaydalara uyğun həyata keçirilib.
Vətəndaşın idxal etdiyi nəqliyyat vasitəsinin dəyərinin ehtiyat üsulla hesablanması digər üsulların tətbiqi üçün zəruri olan sənədlərin və məlumatların gömrük orqanına təqdim edilməməsi ilə əlaqədardır”.




Yük maşını xarab olub yolu kəsdi; polislər müdaxilə edib tıxacın qarşısını aldı - VİDEO
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO












