Banner

Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR

Hadisə 28 Noyabr 2026 15:11
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Tovuzda 28 yaşlı şəxsi qatar vurub.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun dəmiryolu stansiyasında qeydə alınıb.

1998-ci təvəllüdlü Sərxan Pənahov aldığı xəsarətlərdın hadisə yerində vəfat edib. Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11 radələrində Tovuz stansiyasının yaxınlığında hərəkətdə olan elektrovozun qarşısına qəflətən bir nəfər kişi çıxıb:

“Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, həmin şəxs həyatını itirib.

ADY bir daha vətəndaşlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. 

Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, piyadaların diqqətsizliyi, ani tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur.

Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”.

 


 

Oxunub : 60
ŞƏRH YAZ
Ad

E-mail

Şərh