Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO

Paytaxtın Sabunçu rayonunda oğurluq hadisələri baş verib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladıqdan sonra öz mobil nömrəsini nəqliyyat vasitələrinin üzərinə yerləşdirib. Daha sonra avtomobil sahibləri həmin nömrə ilə əlaqə saxladıqda, nişanları geri qaytarmaq üçün onlardan pul tələb edib. Onun bu üsulla paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyi məlum olub.
Faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












