Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış binasının həyətyanı sahəsinin yamac hissəsində baş vermiş torpaq uçqunu ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib və təhlükəli ərazi lentlə bağlanıb.
Avtosfer.az xəbər verir ki,u barədə Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.
Bildirilib ki, cari il aprelin 11-də intensiv yağışlar nəticəsində qeyd olunan ərazidə uçqun hadisəsi baş verdikdən sonra istinad divarının tikintisinə qərar verilib:
"Bu məqsədlə zəruri sənədləşdirmə işləri aparılaraq istinad divarının tikinti layihəsi hazırlanıb. Layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulub.
FHN yaxınlıqda yaşayan vətəndaşlardan torpaq uçqunu baş vermiş sahəyə yaxınlaşmamağı və bu sahədən avtomobil dayanacağı kimi istifadə etməməyi xahiş edir".
***
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində torpaq sürüşməsinin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Avtosfer.az xəbər verir ki, Oxu.Az-ın hadisə yerində olan əməkdaşı sürüşmədən sonra ərazidəki son vəziyyəti lentə alıb.
Həmin görüntüləri təqdim edirik:

***12:36
"Xətai rayonu, Gəncə prospektində yaşayış binasından 24-25 metr məsafədə yerləşən, hündürlüyü 12-16 metr, uzunluğu 140-150 metr olan sərt kəsilmiş yamacın 28-30 metrlik hissəsində sürüşmə prosesi baş verib".
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.
O bildirib ki, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində baş verib.
Onun sözlərinə görə, sürüşən torpaq kütləsinin həcmi təxminən 4.5-5 kubmetr təşkil edir.
Ərazi aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və müvafiq tədbirlər görülür.
***12:23
Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində torpaq uçqunu olub.
Avtosfer.az xəbər verir ki, hadisə Gəncə prospektində yeni tikilmiş binalardan birinin yaxınlığında baş verib.
Təpəlik ərazidən uçan torpaq qatı orada park edilmiş avtomobillərin üzərinə düşüb. Nəticədə, bir neçə maşına zərər dəyib.
Xatırladaq ki, bu ərazidə daha əvvəl də oxşar hadisələr qeydə alınıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
itv
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












