Əmi qardaşı oğullarını "tərbiyə etmək" istədi, sonu məhkəmədə bitdi

Füzuli rayonunda 2001-ci il təvəllüdlü Kamran əmisi Tərlana xəsarət yetirib. Avtosfer.az-ın "Demokrat.az"a istinadən məlumatına görə, hadisə rayonun 10 saylı Qayıdış qəsəbəsində baş verib.
Kamran qəsəbədə yerləşən yaşadıqları evin həyətində qardaşı Elmanla olarkən əmisi Tərlan gəlib. Tərlan onlarla mübahisə edib, nəyə görə onun övladını pis vərdişlərə sövq etdiyini soruşub. Kamran mübahisə zamanı əmisinin sağ sifət nahiyəsinə şillə zərbəsi ilə vuraraq ona fiziki ağrı yetirib.
Kamranın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Tərlan əmisidir, onunla hər hansı düşmənçilik və ya ədavəti yoxdur:
“Biz onunla eyni küçədə yaşayırıq. Məlum hadisə günü, axşam saatlarında qardaşım Elmanla birlikdə fermadan evə gəldik. Həyətdə əyləşərək çay içdiyimiz zaman əmilərim Tərlan və İmran gəldilər, Tərlan Elmana onun oğlunu pozduğunu dedi, nalayiq ifadələr işlədərək üzərinə getdi. Elman isə oradan qaçaraq uzaqlaşdı. Əmim arxasınca düşdü və tutaraq sağ sifətindən şillə zərbəsi ilə, başından yumruq zərbəsi ilə vurdu. Mən isə Tərlanı tutaraq sakitləşdirmək istədim. Onu əlim ilə itələdim. Əmim isə mənə, anama və qardaşım Elmana qarşı nalayiq ifadələr işlətməyə başladı. Tərlanın ağız nahiyəsinə şillə zərbəsi ilə vuraraq sakit dayanmasını dedim. İmran da onu sakitləşdirərək apardı”.
Tərlanın ifadəsinə görə, Elman oğlu Kənanı pis hərəkətlərə sövq etməyə çalışdığı üçün onu danlayıb və Elmandan uzaq durmasını deyib:
“Lakin Elman oğlumdan əl çəkmədiyi üçün məlum hadisə günü, axşam saatlarında onların yaşadığı evin həyətinə getdim. Elman və Kamranın həyətdə oturduqlarını gördüm. Elmana yaxınlaşaraq onun sifətinə şillə zərbəsi ilə bir dəfə vurdum, iradımı bildirərək pis vərdişlərdən uzaqlaşmasını və oğlum Kənanı da çağırmamasını dedim. Elman mənə qarşı nalayiq ifadələr işlətdi. O, həyətdə olan dəryazı götürərək üzərimə gəldi. Qardaşım İmran araya girdi və onun əlindən dəryazı alaraq yerə atdı. Elmana onun böyüyü, yəni əmisi olduğumu dedim, hörmətsizlik etməməsini bildirdim. Bu zaman Elmanın qardaşı Kamran yumruq zərbəsi ilə ağız nahiyəmə vurdu. Kamran onlara ağsaqqal lazım olmadığını, özünün bunu bacardığını dedi. Kamrana məndən yaşca kiçik olması səbəbi ilə ona əhəmiyyət vermədim və yaşadığım evə geri qayıtdım”.
Füzuli Rayon Məhkəməsinin hökmü ilə Kamran 1500 manat miqdarında cərimə edilib.
Əlverişsiz hava şəraitində yolda təhlükənin qarşısı alındı - VİDEO
Xeyriyyə fonduna pul köçürməkdən imtina edən şəxsin bahalı maşını yandırıldı - FOTO
Bakıda təhlükə saçan piyadaya sürücü sərt reaksiya verdi - VİDEO
Bulvar ərazisi yenə satılır: Ağacları kəsib obyektə çevirirlər - VİDEO
Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı - VİDEO - YENİLƏNİB
Zığdakı zavodun Xəzəri çirkləndiyi iddia edildi; qurum hərəkətə keçdi - RƏSMİ - VİDEO - YENİLƏNİB
“Yango” 100 milyon cərimələndi – RUSİYAYA MƏLUMAT ÖTÜRÜR
Prospektdə təhlükə: Gənc oğlan maşınların arasından qaçaraq yolu keçdi - VİDEO
Lökbatandakı yanğına 2 helikopter cəlb olundu - FOTO - VİDEO - YENİLƏNİB
Bakıda yanan anbar məşhur şirkətin imiş - FOTOLAR
Bakıda faciəvi yol qəzası BAŞ VERİB - ÖLƏN VAR - YENİLƏNİB










