Maşında qoyulan “powerbank” partladı – Görün nələr baş verdi - FOTO

Maşında qoyulan “powerbank” yanğına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Çita şəhərində baş verib. Məlumata görə, yerli sakin enerji doldurma cihazını (powerbank) sərnişin oturacağının üzərində, birbaşa qızmar günəş şüalarının altında unudub. Günəşin təsirindən həddindən artıq qızan akkumulyator qəfildən partlayıb. Partlayış nəticəsində alovlanan yanğın qısa müddətdə avtomobilin salonunu tamamilə külə çevirib.
Hadisə yerinə cəlb olunan yağınsöndürənlər avtomobili yanğından mühafizə etsələr də, lakin nəqliyyat vasitəsinin salonu yararsız vəziyyətə düşüb.
Mütəxəssislər xüsusilə yay aylarında və isti hava şəraitində elektron cihazları (telefon, planşet, "powerbank" və s.) maşın salonunda və günəş altında buraxmamağı tövsiyə edir.
Qeyd olunur ki, qapalı salonda temperatur kəskin yüksəldiyi üçün bu növ cihazların partlama riski dəfələrlə artır.
Namiq Musayev

Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO













