"Qadağanedici nişan var, amma hamı maşın saxlayır" - Sakinlərdən şikayət - VİDEO

Bakı şəhəri, Mərdanov qardaşları küçəsində qadağanedici yol nişanı olmasına baxmayaraq sürücülərin avtomobillərini saxlaması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, sözügedən küçədə Zabitlər parkına qədər olan ərazidə ciddi nəqliyyat problemi yaranıb:
"Yol kənarında dayanmağın qadağan olunmasını bildirən nişan olsa da, avtomobillər mütəmadi olaraq həmin ərazidə saxlanılır. Xüsusilə mikroavtobuslar vəziyyəti daha da çətinləşdirir.
Nəticədə, ərazidə yaşayan sakinlərin giriş-çıxışı ciddi şəkildə çətinləşir. Bəzi hallarda, hətta təcili tibbi yardım avtomobilinin belə keçə bilmədiyi vəziyyətlər olub. Bu isə insanların həyatı və təhlükəsizliyi üçün ciddi risk yaradır. Problemlə bağlı aidiyyəti üzrə müraciət etmişik, lakin məsələ tam olaraq həllini tapmayıb.
Xüsusilə saat 12:00-dan 13:30-dək və 15:30-dan 17:00-dək əraziyə giriş-çıxış, demək olar ki, mümkün olmur".
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












