Rüfət İsmayılovun milyardlıq əmlakı müsadirə EDİLDİ - FOTO

Moskvanın Doroqomilovski Rayon Məhkəməsi Dağıstan daxili işlər nazirinin keçmiş müavini Rüfət İsmayılovun yarım milyard rubl dəyərində əmlakını müsadirə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə RİA Novosti məhkəmənin Mətbuat xidmətinə istinadən məlumat yayıb.
Müsadirə iddiası ilə məhkəməyə Rusiyanın Baş Prokurorluğu müraciət edib. Prokurorluq antikorrupsiya qanunvericiliyinin pozulmasına görə İsmayılovun və daha dörd cavabdehin əmlakının müsadirə edilməsini tələb edib. Keçmiş nazir müavininin müsadirə edilən əmlakı 533,6 milyon rubl (təxminən 11 milyon 755 min AZN) dəyərində qiymətləndirilir.
Ümumilikdə, ona qarşı üç cinayət işi qaldırılıb. Belə ki, İsmayılov və müavini cinayət işlərinə xitam vermək müqabilində rüşvət almaqda, həmçinin vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilirlər.
Qeyd edək ki, İsmayılov və müavini Dalqat Abdulqapurov 7 noyabr 2023-cü ildə Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanılıblar. 1975-ci il təvəllüdlü Rüfət İsmayılov Dağıstanın Dərbənd şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. Onun atası hakim Hikmət İsmayılov Dağıstanda hakim vəzifəsində çalışıb.

Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












