Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO

Şamaxı-İsmayıllı yolunda avtomobil yanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd edilib ki, "Audi Q7" markalı, 99-UL-525 dövlət nömrə nişanlı avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Muğanlı kəndi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Audi Q7" markalı minik avtomobilində yanğın baş verdiyi məlum olub. Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin yanar hissələri və ətrafında 200 kvadratmetr sahədə quru ot yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO












