Ucuz maşın vəd edib 120 min manat aldı – MƏHKƏMƏ ZALINDA HƏBS

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda dövlət hərraclarından ucuz avtomobil və əmlak almaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Cəsur E.-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az xəbər verir ki, məhkəmə Cəsur E.-nin 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Onun barəsində seçilən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilib və təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, Cəsur E. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərraclardan ucuz qiymətə avtomobillər və əmlak almaq adı ilə vətəndaşların etibarından sui-istifadə etməkdə təqsirləndirilib.
İttihama görə, o, özünü dövlət hərraclarında təcrübəli şəxs kimi təqdim edərək bazar qiymətindən dəfələrlə ucuz “Hyundai Sonata”, “Lada Niva”, “VAZ-2107”, “Priora” və digər avtomobillər alacağını vəd edib.
Dələduzluq sxemi yalnız avtomobillərlə məhdudlaşmayıb. Cəsur E. Şəmkir rayonunda yerləşən “Çinar” soyuducu zavodunun özəlləşdirilməsi zamanı pay sahibi etmək adı ilə zərərçəkənlərdən birindən on minlərlə manat alıb.
O, digər zərərçəkəndən 14 min manat dəyərində “Chevrolet Cruze” markalı avtomobili lizinqlə satmaq adı ilə götürüb. Daha sonra həmin avtomobili başqa şəxsə olan 11 min manatlıq şəxsi borcunun əvəzinə verib.
Cəsur E. ümumilikdə 7 nəfərə 120 min manat ziyan vurub. Dəymiş ziyanın 63 min manatı ödənilib.
Əlavə edək ki, təqsirləndirilən şəxs bundan əvvəl oğurluq əməlinə görə Səbail Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, 2026-cı ilin əvvəlində “Amnistiya aktı” əsasında cəzadan azad olunub.
Cəsur E.-yə Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham verilib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












