Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

Astronomlar kainatın ən uzaq qalaktikası olan JADES-GS-z14-0-da oksigen aşkar ediblər. Bu mühüm kəşf erkən kainatda qalaktikaların formalaşmasının gözləniləndən daha sürətli baş verdiyini göstərir. Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, JADES-GS-z14-0 qalaktikası keçən il Ceyms Uebb Kosmik Teleskopu (JWST) tərəfindən kəşf edilib. Qalaktika o qədər uzaqdır ki, onun işığı bizə 13,4 milyard ilə çatır, yəni biz onu kainatın yaşı cəmi 300 milyon il olduğu dövrdə görürük.
Tədqiqatçılar JADES-GS-z14-0-da gözləniləndən təxminən 10 dəfə çox ağır elementlər olduğunu müəyyənləşdiriblər. Bu, qalaktikaların ilkin təkamül mərhələlərinə dair yeni suallar yaradır.
İlk qalaktikalar və onların ulduzları böyük partlayışdan qısa müddət sonra formalaşıb və sürətlə inkişaf edib. Bu nəticələr erkən kainatdakı ulduz və qalaktika əmələgəlmə modellərinin yenidən nəzərdən keçirilməsini tələb edir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












