Banner

Bakının ən sıx rayonu hansıdır? - Rəqəmlər TƏƏCCÜBLƏNDİRİR

Maraqlı 27 Noyabr 2026 11:00
Bakının ən sıx rayonu hansıdır? - Rəqəmlər TƏƏCCÜBLƏNDİRİR
WhatsApp kanalımıza abunə olun

Bakıda əhali sıxlığı rayonlar üzrə ciddi fərqlənir. Paytaxtın bəzi rayonlarında bir kvadrat kilometrə düşən sakinlərin sayı 20 mini ötür, digərlərində isə bu göstərici min nəfərdən də azdır.

Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2026-cı ilin əvvəlinə olan məlumatlarına əsasən, Bakının ən sıx məskunlaşmış rayonu Nəsimidir. Burada hər kvadrat kilometrə 21 950 nəfər düşür.

Müqayisə üçün, paytaxtın digər rayonlarında bu göstərici xeyli aşağıdır. Belə ki, Yasamal rayonunda bir kvadrat kilometrə 9 735, Nərimanovda 9 075, Nizamidə 9 310, Xətai rayonunda isə 9 260 nəfər düşür.

Beləliklə, Nəsimi rayonunda əhali sıxlığı Nərimanovla müqayisədə 2 dəfədən çoxdur.

Paytaxtın ən sıx rayonları sırasında Nəsimidən sonra Yasamal, Nizami, Xətai və Nərimanov gəlir. Əksinə, Qaradağ rayonu əhali sıxlığının ən aşağı olduğu ərazidir. Burada hər kvadrat kilometrə cəmi 110 nəfər düşür.

Maraqlıdır ki, Bakının əhalisi ən çox olan rayonu Nəsimi deyil, Sabunçudur. 2026-cı ilin əvvəlinə Sabunçuda 331,8 min, Nəsimidə isə 219,7 min nəfər yaşayıb. Buna baxmayaraq, ərazisinin kiçik olması Nəsimidə əhali sıxlığının daha yüksək olmasına səbəb olur.

Qeyd edək ki, əhali sayı ilə əhali sıxlığı fərqli göstəricilərdir. Bir rayonda sakinlərin ümumi sayının çox olması həmin ərazinin mütləq şəkildə ən sıx məskunlaşmış rayon olması demək deyil.

Eltac

Oxunub : 204
ŞƏRH YAZ
Ad

E-mail

Şərh