Banner

Avropa Çin avtomobillərinə qarşı tədbir görmür - Tramp

Maraqlı 27 Noyabr 2026 13:48
Avropa Çin avtomobillərinə qarşı tədbir görmür - Tramp
WhatsApp kanalımıza abunə olun

Vaşinqton Pekini ədalətsiz ticarət siyasətində, Amerika şirkətlərinə qarşı ayrı-seçkilikdə və texnologiyaların mənimsənilməsində ittiham edir. 2025-ci ilin fevralında Tramp administrasiyası Çindən idxal olunan məhsullara əlavə 10 faizlik rüsum tətbiq edib. Mart ayında bu göstərici daha 10 faiz artırılıb. 
Avtosfer.az xəbər verir ki, Ağ Ev qərarını Çindən ABŞ-yə narkotik maddələrin, xüsusilə fentanilin axınının qarşısının alınması zərurəti ilə əsaslandırırdı. Aprelin 2-də isə Tramp administrasiyası genişmiqyaslı tarif siyasətini elan etdi. Çin mallarına əlavə 34 faizlik rüsum müəyyənləşdirildi. Pekin buna cavab olaraq ABŞ-dən idxal olunan məhsullara eyni həcmdə rüsum tətbiq edəcəyini açıqladı. Bundan sonra qarşılıqlı addımlar davam edib. Vaşinqton əvvəlcə Çin mallarına tətbiq edilən əlavə rüsumu 84 faizə, daha sonra isə 125 faizə çatdırıb.
ABŞ Prezidenti avropalı siyasətçilərin fərqli davranışı nəticəsində qitədə avtomobil sənayesinin zəiflədiyini bildirib: “Avropa Çin avtomobillərinin bazara axını ilə üzləşib. “Mercedes-Benz”, BMW və “Volkswagen” kimi nəhəng şirkətlər ciddi zərər görür. Avropa isə buna qarşı tədbir görmür. ABŞ-də isə 100 faizlik gömrük rüsumu sayəsində Çin avtomobilləri bazara daxil ola bilmir. Bu da yerli avtomobil istehsalçılarına böyük üstünlük verir” – deyə Tramp vurğulayıb.

Vüqar

Oxunub : 66
ŞƏRH YAZ
Ad

E-mail

Şərh