Bakı avtobuslarında mütləq qarşılaşacağınız 10 HAL

Bakıda avtobusların bir hissəsinin dəyişdirilməsi bəzi sərnişinlərə rahatlıq bəxş etsə də, öyrəşdiyimiz şəhər marşrutunun klassikasına çevrilmiş bəzi şeyləri unutmaq qeyri-mümkündür. Üstəlik də şəhərimizdə belə avtobus xətləri hələ də kifayət qədərdir.

Bu cümləni eşitməyən avtobus sərnişininin Bakıda tapılması qeyri-mümkündür. Biz hamımız həyatımızın müəyyən məqamında tanımadığımız adamlarla "mehribanlaşmaq" məcburiyyətində qalmışıq. Bu faktdır - danılmaz, sökülməz, əyilməz, bükülməz, ancaq olduqca kədərli fakt....

Bu, çox müəmmalı məsələdir. Səhər saat 8-də insanın bu qədər əsəbi olması üçün ya evdən çörək yemədən çıxması ehtimalı var, ya da... Amma hər nədirsə, hər gün eyni əsəb dalğasında sizi qarşılayan sürücü mütləq həyatınızın bir küncündə sizi gözləyir. Siz onun döngələri əsəblə dönməsi, şossedə istədiyi kimi "avtoşluq" etməsinə göz yummalı, səbr və dualarla evinizə gəlməli olursunuz. Lakin kimsə "ay kişi "kartof-soğan" aparmırsan e, insan aparırsan," - deyib, sürücüyə qarşı üsyan da qaldıra bilər.
Hər şeyə qarışan xalalar

Orta yaşlı xanımlar arasında avtobusa minəndən düşənə qədər dayanmadan deyinən, məsləhət verən, gəncləri tənqid edən, yerli-yersiz kefinizi pozan qadınlar da təəssüf ki, bu klassikanın bir parçasıdır. Onlara yer verməsəniz, sizi xalq düşməni elan edir, el arasında rüsvay edib, "payınızı verir" və özlərini istənilən halda haqlı sayırlar. Əksini sübut edə bilməzsiniz, cəhd etməyə dəyməz.

Normal həyat sürdüyünə özünü inandırmaq üçün beynində bütün həyatını alt-üst edib, tutarlı səbəblər tapmağa çalışırsan və... bir insan gəlir dayanıri yanında. Tərinin qoxusunu avtobusdan çıxıb, yüksək sürətlə evə doğru qaçsan da, uzun müddət üzərindən ata bilməyəcəksən. Hə, indi tap bir tutarlı səbəb ki, tapasan...

"Adam minəndə dayanacaqsız saxlayırsan, düşəndə niyə saxlamırsan?" cümləsiylə baş qaldıran üsyan bütün avtobusa yayıla, böyük "xalq hərəkatı"na çevrilə bilər.

Hər kəsin işdən çıxdığı saatlar avtobuslarda hər cür əhvalatın yaşandığı zamandır. Dayanacaqda saxlayan sürücüylə dalaşan avtobusdakı sərnişinlər tez-tez ya sürücü, ya da avtobusa minməyə çalışan vətəndaşlardan bu sözü eşidirlər: "Ay bacı(qardaş) hamı evinə getmək istəyir də!!!"

Siz onların bütün ailə, iş problemlərinə qulaq asmaq, yolboyu qışqıraraq apardıqları telefon söhbətlərinə qulaq yoldaşı olmaq məcburiyyətindəsiniz.

Bu insanları incitməyin, xətirlərinə dəyməyin, amma yanlarında da oturmağınız məsləhət deyil. Yuxarıda və aşağıda qeyd etdiyimiz bütün şeylərdən bezən bu insanlar xilası qulaqlıqlarda tapsalar da, bəzən o qədər yüksək səslə musiqi dinləyirlər ki, bütün avtobus sayələrində konsertə qulaq asmalı olur.
"Düşərsən!"

Avtobusda pulun kimin verməsi üzərində tanışlar arasında gedən "şirin mübahisə" də bir klassikadır. 20 qəpiyi verməyin davası saniyələr, ən pis halda dəqiqələr apara bilər. "Düşərsən" sözünü eşitmək hər adama xoş olsa da, uzaq yol gedənlər sürücünün bunu unudacağından da narahatlıq keçirirlər.

Siyahını pozitiv bitirmək lazımdır. Avtobuslarda kitab oxuyanlara da rast gəlirik. Bir çox hallarda bu tələbələr olsa da, mütaliə edən vətəndaşları da müşahidə edə bilirik. Onların sayının daha çox olacağına ümid edirik.
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO










