Bir milyona yaxın “Android”çi fırıldağın qurbanı olub

"ESET" antivirus şirkəti "Google Play" əlavələr mağazasında sosial şəbəkələrdə abunəçi sayının artırılması üçün nəzərdə tutulan 8 saxta "Android" əlavəsi aşkarlayıb. Tədqiqatçıların "Android/Fasurke" adlandırdığı proqramlar vasitəsilə cinayətkarlar fərdi məlumatlar və pul oğurlamağa nail olublar. Fırıldaqçılıq kampaniyası zamanı 250 mindən 1 milyonadək istifadəçi əlavəni quraşdırıb. Avtosfer.az ıctnews.az-a istinadən xəbər verir ki, əlavələr istifadəçinin fərdi məlumatlarını, daimi ödənişli abunələri, eləcə də marketinq məlumatları və reklamların alınması üçün razılıq tələb edib. Proqramlar işə salınan zaman istifadəçiyə mobil qurğu modelinin adını, öz adını və qəbul etmək istədiyi abunəçi sayını daxil etmək lazım gəlib. "Abunəçi sayının artırılması prosesi" başladıqdan sonra saxta robot yoxlanışından keçmək tələb olunub. Bildirilir ki, istifadəçiyə fərdi məlumat (ad, elektron poçt ünvanı, ünvan, telefon, doğum tarixi və cins) qarşılığında çoxsaylı müxtəlif hədiyyələr, kupon və pulsuz xidmətlər təklif edilib. Çoxsaylı mənfi şərhlərə baxmayaraq əlavələrin populyarlığı azalmayıb.
"Google" şirkəti problem barədə məlumatlandırılıb və əlavələr artıq internet mağazasından silinib. Lakin "ESET" ekspertləri xəbərdarlıq ediblər ki, "Google Play"də oxşar xarakterli digər əlavələr qala bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












