Bu şirkətlərin təyyarələrində 13-cü sıra yoxdur – SƏBƏB

13 rəqəminin uğursuzluq gətirdiyinə inananlar çoxdur. Kimsə səhər qarşısından pişik keçdikdə işlərinin düz gətirmədiyinə inanır, kimsə iddia edir ki, birinci satışı və ya xidməti nisyə (yaxud kartla) etmək olmaz. Siftə mütləq pulsuz olmalıdır. Sən demə, 13-ün nəhsliyinə böyük şirkətlər də inanırmış...
Avtosfer.az xəbər verir ki, Britaniyada otellərdə 13-cü mərtəbə demək ola ki, yoxdur. Daha doğrusu var, lakin onu çox vaxt 12A kimi işarələyirlər. eyni hal ingilis təsiri olan əksər ölkələrdə mövcuddur.
Lakin bu məsələdə Lufthansa və Air France daha irəli gedib. Onların təyyarələrində 13-cü cərgə yoxdur. Sıralama 12-dən birbaşa 14-ə keçir. Səbəb inanc deyil, bəzi narahat sərnişinləri qorxutmamaqdır.
Şərq ölkələrinə gəlincə, burada 13 rəqəmi pis hesab edilmir. İslam etiqadında isə ümumiyyətlə nəhs rəqəm anlayışı yoxdur. Qarşısından pişik keçmək, kiməsə səhər saatlarında pul vermək, axşam zibil atmamaq kimi inanclar tamamilə insan təxəyyülünün məhsulu olub, real həyatla heç bir əlaqəsi yoxdur.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












