Bu sürət nişanı qəzaları azaldır – Avropada yeni sistem – FOTO

Avropanın bəzi ölkələrində yollarda rast gəlinən yaşıl çərçivəli sürət nişanları sürücülərin diqqətini cəlb edir. Qırmızı çərçivəli standart sürət nişanlarından fərqli olaraq, bu nişanlar sürücülərə məcburi sürət limiti deyil, tövsiyə olunan sürəti göstərir.
Avtosfer.az xəbər verir ki, yaşıl çərçivəli nişanlarda göstərilən sürətə əməl edilməməsinə görə sürücüyə inzibati cərimə tətbiq olunmur. Bu nişanların əsas məqsədi sürücüləri daha təhlükəsiz sürət seçməyə təşviq etmək və yol hərəkəti təhlükəsizliyi ilə bağlı məlumatlılığı artırmaqdır.
Məlumata görə, qırmızı çərçivəli nişanlar qanunla müəyyən edilmiş və riayət olunması məcburi olan sürət həddini göstərir. Yaşıl çərçivəli nişanlar isə sürücüyə konkret yol şəraitini nəzərə alaraq daha aşağı sürətlə hərəkət etməyi tövsiyə edir.
Bu yanaşmadan xüsusilə şəhər daxilində qəza riskinin azaldılması və piyadaların təhlükəsizliyinin artırılması məqsədilə istifadə olunur. Yaşıl çərçivəli nişanların məktəblərin ətrafında, uşaqların yola çıxa biləcəyi ərazilərdə, kəskin döngələrdə, dağ yollarında və piyadaların çox olduğu keçidlərdə tətbiqi nəzərdə tutulur.
Məlumata görə, bu nişanlar Böyük Britaniyada tətbiq edilir. İspaniya və Fransada isə oxşar sistemin pilot layihələr çərçivəsində sınaqdan keçirilməsi planlaşdırılır.
Beləliklə, yaşıl çərçivəli nişanların əsas məqsədi sürücünü cərimə ilə deyil, təhlükəsiz sürət seçiminə təşviq etməklə daha diqqətli idarəetməyə yönəltməkdir.
Eltac Zülfüqaroğlu
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər












