Dünyada hələ də xarici aləmdən təcrid olunmuş 200-ə yaxın xalq yaşayır

Ekspertlərin fikrincə, dünyada hələ də xarici aləmdən təcrid olunmuş təxminən 200-ə yaxın xalq mövcuddur ki, onların da 95 faizi əsasən Braziliyada olmaqla, Amazon meşəsində yaşayır.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat “Survival International” təşkilatının xarici aləmlə əlaqə qurmaqdan imtina edən yerli icmalar barədə apardığı ilk genişmiqyaslı tədqiqatının nəticələrində öz əksini tapıb. Tədqiqat müəlliflərinin sözlərinə görə, təcili tədbirlər görülməsə, bu xalqların və ya qrupların təxminən yarısı on il ərzində məhv ola bilər. Uzun illərdir bu icmaların yaşadığı ərazilərdə meşələrin qırılması, mədənlərin fəaliyyəti və maldarlıq onları təhlükə altında qoyur. İqlim dəyişikliyi də vəziyyəti ağırlaşdıran əsas amillərdən biridir.
Son illərdə isə bu təhdidlərə yeni risklər də əlavə olunub. İnsan haqları müdafiəçilərinin məlumatına görə, hazırda belə xalqlar narkotik ticarəti ilə məşğul olan cinayətkar qrupların, yevangelist təşkilatlar tərəfindən maliyyələşdirilən missionerlərin və onlarla əlaqə quraraq sosial mediada qazanc əldə etməyə çalışan blogerlərin təsiri altındadır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












