İtmiş təyyarə ilə bağlı şok təfərrüat - FOTO

Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin Boeing 777-200 sərnişin təyyarəsinin yoxa çıxması ilə bağlı araşdırmada yeni fakt aşkarlanıb. Avtosfer.az xəbər verir ki, MH370 reysi ilə Kuala-Lumpurdan Pekinə uçan Boeing 777−200 təyyarəsində 227 sərnişin və 12 heyət üzvü vardı. Təyyarə 2014-cü ilin martınq 8-də radarlardan yoxa çıxıb. Axtarışlar hələ də bir nəticə verməyib.
Fəqət, illər sonra təyyarənin ayrı-ayrı fraqmentləri Hind okeanının şərq hissəsində və Afrika sahillərində peyda olmağa başlanıb. Qırıntılar təyyarənin okeana düşdüyü güman edilən yerdən minlərlə kilometr aralıda tapılır.
İndisə bəlli olur ki, yoxa çıxmış təyyarənin pilotu Zahari Əhməd Şah evdəki aviatrenajorda Hind okeanının cənub hissəsinə "uçuşlar" edib və ən başlıcası, bu uçuşları təyyarəni okeana salmaqla bitirib.
Malayziya polisi ABŞ-ın Federal Təhqiqat Bürosuna HD disklər verib. Bu diskdə pilotların evdəki aviasiya simulyatorunda hazırladığı marşrutlar var.
FTB təyyarənin yoxca çıxmasından bir neçə həftə əvvəl "Flight Simulator X" proqoramında yadda saxlanmış 6 nöqtəni bərpa edib.
Marşrutların analizi göstərir ki, Əhməd Şah simulyatorda təyyarəni Kuala-Lumpur hava limanından səmaya qaldırandan sonra şimal-qərbə uçmağa başlayır, Malakk boğazını keçəndən sonra təyyarəni sola döndürür və Hind okeanının cənubuna hərəkət edir. Uçuş təyyarənin yanacağı başa çatanda laynerin okeana düşməsi ilə başa çatır.
İstintaq hesab edir ki, Əhməd Şah proqramdakı marşurutu reallıqda da gerçəkləşdirib.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?














