Sərxoş cərrahlar və “alkoqolla mübarizə” kampaniyası

Rusiyanın Türkmənistandakı ticarət elçisi Andrey Xripunovun açıqlaması Aşqabadda narahatlıq yaradıb.
Avtosfer.az xəbər verir ki, diplomat Kazandakı forumda çıxışı zamanı bildirib: “Qapalı müsəlman ölkəsindəki marketlərdə gördüyüm qədər araq heç Moskvadakı mağazalarda yoxdur”.
Bu söz türkmən elitasında narahatlıq yuaradıb. Onlar ciddi-cəhdlə ölkələrinin qapalı olmadığını sübut etməyə çalışıblar. İndi isə “əhalinin sağlamlığını qorumaq məqsədi ilə” spitrli içki satışına məhdudiyyət qoyulub. Vilayətlərdə araq mağazaları bağlanıb, aksiz adı ilə yeni rüsumlar tətbiq edilib. Buna görə də spirtli içkilər 30 faizədək bahalaşıb. Ən geniş yayılmış Bəkrə arağı 14 dollardan 18 dollara, Maysa şərabı isə 4 dollardan 7 dollara qalxıb.
Qərb mediasının xəbərinə görə, Türkmənistanda müstəqillikdən bəri azı 5 belə kampaniya keçirilib. Bütün kampaniyalar nəticəsiz olaqla yanaşı, saxta spirt istehlakını artırıb. Ölkədə alkoqolizmə meyl kifayət qədər çoxdur. Alkoqolizmdən ən çox əziyyət çəkən peşə sahibləri polislər və həkimlərdir. Bəzi cərrahlar araq qəbul etmədən əməliyyata girə bilmir.
Vüqar
Zəngəzur dəhlizi üzərində dağları yarıb üç nəhəng tunel tikdilər – Ən son görüntülər - VİDEO
Soyuq havada mühərrikin ömrünü uzadan 30 saniyəlik qayda – TÖVSİYƏ
Yol kənarındakı lövhələrdəki rəqəmlər nə üçündür? – MARAQLI
Azərbaycanın bitum ixracındakı üstünlüyü: Qonşu ölkələr kimdən asılıdır?
Cücələr təyyarə ilə daşındı - FOTO
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar












