Taksidə dünyaya gətirdiyi körpəsinə sürücünün adını verdi

Türkiyədə maraqlı bir hadisə yaşanıb. Boğaziçi körpüsü bağlı olduğu üçün bir taksinin içində doğum edən Suna Demir körpəsinə qadın taksi sürücüsünün adını verib. Çevriliş cəhdinin olduğu gecə doğum sancısı tutan qadın səhər doğum üçün yola çıxıb. Ancaq yol da, körpü də bağlı olduğundan körpəni taksidə dünyaya gətirib.19 yaşındakı Suna Demir körpəsini taksidə dünyaya gətirib. Suna Dəmir, o anlarda yaşadıqlarını belə izah edib:O həkimdən Allah razı olsun”Körpü bağlı idi, yol da çox uzun idi, sancım daha da çoxalmışdı. Taksidə doğum etdim, xoşbəxtlikdən arxadakı maşında həkim varmış. Səhhətimə baxdı, körpəni qucağıma verdi, doğum etdirdi, o həkimdən Allah razı olsun. “Körpəsini tıxacda bir taksinin içində dünyaya gətirən Suna Dəmirin bir qızı olub. Dəmir, “Körpəm 2 kilo 350 qram doğuldu, çox yaxşıdı, sağlamdır. Mən xəstəxanadan çıxdım, körpəmi də sabah xəstəxanadan evə gətirəcəyik” deyə bildirib.Taksi sürücüsünün qadın olduğunu, körpəsinə o qadın sürücünün adını verəcəyini ifadə edən Demir, “Qızıma, taksi sürücüsü olan qadının adını qoyacağam, adı Reyhan olacaq deyə söz verdik” deyib.Suna Dəmirin doğumunda köməkçi olan Anesteziya Mütəxəssisi Dr. Mehmet Çelik isə çalışdığı xəstəxanaya getmək üçün yolda idi. Bir möcüzənin qəhrəmanı olub.Dr. Çelik isə, “Taksinin arxa oturacağında yatan və doğum etmək üzrə olan bir qadın olduğunu gördüm. Hadisə yerinə çatmamla birlikdə az qala eyni anda doğum da oldu. Körpə dünyaya gəldi, doğumu reallaşdırdıq. Körpənin göbəyini kəsdik “deyə o, bildirib.Doktor Çelik hadisəni “Babam və Oğlum” filmindəki səhnəyə bənzədir: “Filmi izlədim hətta filmi izlərkən o səhnəni bir az da şişirdilmişini tapmışdım. Belə şeylər ancaq filmlərdə olur. Çevriliş cəhdinin olduğu səhər də eyni bir hadisə, eyni şəkildə başıma gəldi".
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO
“BYD”də qəribə nasazlıq; sürücü bunu edəndə bütün panel donur - VİDEO
Çində zədəli körpünü 43 saata düzəltdilər: Azərbaycanda isə 43 gündür iş gedir - VİDEO










