Yanmış təyyarədən sağ çıxdı – Lotereyada 1 milyon dollar uddu

Dubay hava limanında baş vermis yanğından bir həftə sonra təyyarənin sərnişinlərindən birinin bəxti üzünə gülüb. Onun lotereyada 1 milyon dollar udması barədə xarici mətbuatdan xəbər tutub. Məhəmməd Bəşir Əbdül Xadar "Boinq-777"dəki 300 sərnişindən biri olub. Xəbər verildiyi kimi, təyyarə Dubayda yerə enən zaman yanıb. Alov təyyarəni bürüyən kimi ekipaj üzvləri və sərnişinlər sağ-salamat təxliyyə ediliblər. Yanğının söndürülməsi zamanı yanğınsöndürənlərdən biri həlak olub. Avtosfer.az xəbər verir ki, bu hadisədən altı gün ötdükdən sonra yanan təyyarənin sərnişini olan 62 yaşlı hindlinin lotereyada bəxti gətirib. Xoşbəxt 0845 saylı lotereya biletini əldə etmədən öncə hindli ailəsi ilə birgə Cənubi Hindistana necə səfər etməyi barədə düşünürmüş: “Mən Dubayda 37 il işlədim və həmişə hiss edirdim ki, bu mənim ölkəmdir. Hər zaman sadə həyat tərzi sürmüşəm, indi isə təqaüdə çıxmaq vaxtıdır”.
“Hiss edirəm ki, Allah mənə ikinci həyatı verdi, mən o qəzanı yaşadım. Bu pulla mənə xeyir-dua verdi ki, mən arta bilim, yaxşı işlər görə bilim. Bilirdim ki, Allah məni hansısa konkret hədəfə görə xilas etdi. Ehtimal ki, bu məhz odur”, - Məhəmməd Bəşir Əbdül Xadar əlavə edib.
Xoşbəxt bilet dörd ay əvvəl sonra çıxmaq istəyən hindliyə çatdı. İndi mükafatın sahibi, onun sözlərinə görə, vətənə qayıtmağa və köməyə ehtiyacı olanlara yardım etməyə hazırlaşır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













