1 740,7 hektar ərazi minalardan təmizləndi

Azad olunan ərazilərdə iyulun 20-dən 26-na qədər 39 tank əleyhinə mina, 173 piyada əleyhinə mina, 753 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1 740,7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












