10 nəfərdən rüşvət almaqda təqsirləndirilən bağça müdiri ilə bağlı YENİ MƏLUMAT

Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının sabiq müdiri Lətifə Hasilovanın qanunsuz əməllərinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb:
"İstintaq zamanı Lətifə Hasilovanın qeyd olunan vəzifədə işlədiyi dövrdə rəhbərlik etdiyi müəssisəyə işə qəbul məqsədilə ümumilikdə 10 nəfərdən külli miqdarda pul vəsaitini rüşvət qismində alması və digər qanunsuzluqlar törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Lətifə Hasilovaya Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.
Cinayət işinin ibtidai istintaqı başa çatdırılaraq ittiham aktı ilə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












