104 azərbaycanlı Macarıstana gedəcək - SƏBƏB

Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış 2024-2026-cı illər üzrə "Stipendium Hungaricum" təqaüd proqramı çərçivəsində əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən, 2026/2027-ci tədris ili üçün 104 vətəndaşımız Macarıstanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Macarıstan tərəfinin yekun seçim nəticələrinə əsasən, proqrama qəbul olunan namizədlərdən 11 nəfəri bakalavriat, 80 nəfəri magistratura, 13 nəfəri isə doktorantura səviyyəsində təhsil alacaq.
Tələbələr kompüter elmləri, data elmləri, maliyyə, beynəlxalq iqtisadiyyat və biznes, beynəlxalq münasibətlər, menecment, kimya mühəndisliyi və digər prioritet istiqamətlər üzrə ixtisaslaşacaqlar.
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində seçilmiş namizədlər Macarıstanın aparıcı ali təhsil müəssisələri sırasında yer alan Eötvös Lorand University, Corvinus University of Budapest, Budapest University of Technology and Economics, Obuda University, University of Debrecen, Budapest University of Economics and Business və digər universitetlərdə təhsil almaq imkanı əldə ediblər.
Qeyd edək ki, "Stipendium Hungaricum" təqaüd proqramı Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına, gənclərin beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını artırmasına, eləcə də ölkəmiz üçün prioritet sahələr üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına mühüm töhfə verir.
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ










