14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

Şabranda mənzilə basqın edərək evin xanımını öldürüb, ərinə ağır xəsarət yetirməkdə ittiham olunan Elçin Fərzəliyev və Murad Məmmədovun iki il davam edən məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ikisini də tamah niyyəti ilə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla öldürməkdə, quldurluqda təqsirli hesab edib. Elçinin bundan əvvəl də qəsdən adam öldürməyə görə 14 il həbsdə olması (2010-2024) da ağırlaşdırıcı hal kimi qeydə alınıb.
Müttəhimlər özlərini qismən təqsirli bilib, evə oğurluq məqsədilə girdiklərini deyiblər. Onlar planlamadıqları bu qətlə görə peşmanlıqlarını dilə gətiriblər.
Cinayətin ağırlığı nəzərə alınaraq, Elçin Fərzəliyev və Murad Məmmədova heç bir güzəşt edilməyib. Onlar ikisi də qanunun icazə verdiyi ən ağır cəza olaraq ömürlük azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə 2024-cü ildə baş verib. 43 yaşlı Elçin Fərzəliyev və 48 yaşlı Murad Məmmədov Şabran şəhərində yaşayış evlərindən birinə basqın ediblər. Hadisə vaxtı onlar dəmir predmetlə (mismarçıxaran) xəsarətlər yetirməklə, 54 yaşlı Gülnarə Hüseynovanı qəsdən öldürüb, onun əri 56 yaşlı Arif Hüseynova xəsarət yetiriblər.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












