16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi

Qəbələdə boğaz nahiyəsindən cərrahi əməliyyat edilmiş 16 yaşlı Məleykə Məmmədovanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov barəsində ittihamedici hökm çıxarılıb.
Qəbələ Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib. Bundan başqa, E.Mahmudovun 1 il 6 ay tibbi fəaliyyət göstərməsi də qadağan edilib. Hökmdə onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.
Qeyd edək ki, ötən ilin iyununda 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib. Üzərində tonzillektomiya əməliyyatı icra olunan yeniyetmə üç gün sonra kəskin qanaxma səbəbindən xəstəxanada dünyasını dəyişib.
Bu ilin yanvarında isə həkim barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












