“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc oyunları təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Avtosfer.az xəbər verir ki, kiberpolisin həyata keçirdiyi tədbirlərlə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş “1xBet” platforması vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etməkdə təqsirli bilinən Camal Əhmədov, onun rəhbərliyi altında fəaliyyət göstərən Hacıəkbər Abbaszadə, Seyfəddin İsmayılov, Nəbi Abdullayev və Emil Abbaslı saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, C.Əhmədov Bakı şəhərinin Xətai rayonu ərazisində mənzil icarəyə götürərək “1xBet” saytı üzərindən “BakuCash” profili ilə qanunsuz onlayn mərc oyunları təşkil edib. Bu qanunsuz fəaliyyətə isə müştərilər əsasən “Telegram” tətbiqi vasitəsilə cəlb olunub. Qeyd edilən ünvana baxış zamanı qumar oyunlarının təşkili və idarə olunmasında istifadə edilən çoxsaylı mobil telefonlar, bank kartları və digər elektron sübutlar aşkar edilərək götürülüb. İlkin araşdırmalarla dəstə üzvlərinin qanunsuz dövriyyəsinin 1 milyon manatdan artıq olduğu müəyyən edilib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. C.Əhmədov, S.İsmayılov, N.Abdullayev və E.Abbaslı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vətəndaşlara bir daha müraciət edərək onları sosial şəbəkələr və müxtəlif internet platformaları vasitəsilə təklif olunan qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırırıq. Belə platformalar insanların maddi ziyana məruz qalmasına, və şəxsi məlumatlarının ələ keçirilməsinə səbəb olur. Bu baxımdan, vətəndaşlara “1xBet” və digər oxşar qanunsuz onlayn mərc saytlarından uzaq durmağı, belə hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat verməyi tövsiyə edirik.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










