2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA

Külli miqdarda vergi borcu olan iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, Ağcabədi rayon sakininə məxsus şirkətin dövlət büdcəsi və fondlara ümumilikdə 1 milyon 881 min 931 manat vergi borcu yaranıb. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən borcların ödənilməsi ilə əlaqədar MMC-yə dəfələrlə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib.
Nəticədə həmin idarə son olaraq, MMC-nin 41 yaşlı rəhbəri qarşısında məhkəmədə iddia qaldırıb. İddiada həmin borclar ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş olunub.
Şirvan Kommersiya Məhkəməsi iddianı təmin edərək, 41 yaşlı biznesmenin Azərbaycandan çıxışına qadağa qoyub.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












