20 milyon girovla azadlığa çıxan azərbaycanlı iş adamı Türkiyədə klub aldı

Rusiyada yaşayan azərbaycanlı iş adamı Tufan Sadıqov Türkiyədə futbol klubu alıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, növbəti mövsümdən ikinci liqada çıxış edən “Serik Belediyespor”un səhmlərinin 50 faizinə sahib çıxıb.
T.Sadıqov bunun üçün 4 milyon avro ödəyib.
Maraqlıdır ki, iş adamı kluba yeni baş məşqçi də təyin edib. Bu vaxtilə “Simurq” klubunda işləmiş Sergey Yurandır.
Onun təyinatı yaxın günlərdə açıqlanacaq.
T.Sadıqovun Rusiyada sahibi olduğu “Ximki” klubu isə fəaliyyətini dayandırıb. Bu barədə klub rəsmi instaqram hesabında açıqlama yayıb.
Klub maddi problemlərə görə bu durumla üz-üzə qalıb.
Qeyd edək ki, Moskvanın Golovinski məhkəməsi Tufan Sadıqova 2024-cü ilin dekabrında külli miqdarda dələduzluqda ittiham ilə 1 ay 18 sutka ev dustaqlığı cəzası vermişdi.
Məhkəmə bu il yanvarın 23-də biznesmenin girov müqabilində ev dustaqlığından azad edilməsi barədə qərar çıxarıb və həmin qərar yanvarın 28-də qüvvəyə minib.
Girov məbləği açıqlanmasa da, Rusiyanın “Mash” teleqram kanalı iş adamının 20 milyon rubl (təqribən 343 000 AZN) girov müqabilində azad edildiyini yazmışdı.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












