200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirən şəxs saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə kibertəhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə “sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi” adı altında insanların pulunu ələ keçirən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb.
Araşdırmalarla məlum olub ki, K.Əmirahlı sosial şəbəkələrdə kampaniya keçirildiyini və güzəştli şərtlərlə kreditlərin verilməsi ilə bağlı elanlar yerləşdirib.Daha sonra ona müraciət edən şəxslərin kart məlumatlarını və onların mobil telefonlarına göndərilmiş “OTP” təhlükəsizlik kodlarını ələ keçirib. Saxlanılan şəxs informasiyaları əldə etdikdən sonra mobil tətbiqlərə daxil olaraq zərərçəkənlərin balansındakı vəsaitləri başqa şəxslərin adına açdığı kartlara köçürərək ələ keçirib.
Faktlarla bağlı cinayət işi başlanılıb. K.Əmirahlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vətəndaşlara müraciət edərək bildiririk ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla qarşılaşan zaman maksimum dərəcədə ehtiyatlı olsunlar. Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara, eləcə də keçidlərə diqqət yetirsinlər.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!











