2025-ci ildə 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq

Bu ilin köç planına uyğun olaraq Ağdərə və Xocalı rayonlarıın 16 yaşayış məntəqəsində tikinti-bərpa işləri həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.
S. Qəhrəmanovun sözlərinə görə, 2025- ci ilin köç planına əsasən Xocalı rayonunun 8 kəndinə ( Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad və Şuşakənd) və Ağdərə rayonunun 8 kəndinə ( Həsənriz, Vəngli , Kolatağ, Çıldıran, Heyvalı, Dəmirli, Çapar və Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri başa çatdıqdan sonra hər iki rayonun kəndlərinə mərhələli şəkildə keçmiş məcburi köçkünlərin köçürülməsi prosesi həyata keçiriləcək. Təxminən 6 minə yaxın məcburi köçkün könüllülük prinsipləri əsasında öz doğma ata-baba yurdlarına köçürüləcək.
Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planının tərtib edilməsi və bununla bağlı digər müvafiq işlər aparılır.
S. Qəhrəmanov onu da xatırladıb ki, Xocalı şəhəri və Ballıca kəndinə, Ağdərə rayonunun Suqovuşan, Həsənriz, Talış kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı artıq təmin edilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












