22 minlik mənimsəmədə ittiham olunan Niyam Salami DANIŞDI - YENİLƏNİB

Müğənni Niyam Salami Sumqayıt şəhər sakini E.Abbəkirovun 21 min 800 manat dəyərində kömür məhsulunu mənimsəmədə ittiham olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə müğənni Teleqraf.com-a açıqlama verib.
O bildirib ki, VÖEN hesabı onun adına olduğu üçün hər şeyi onun üzərinə atıblar:
"Restorana gətirilən ən bahalı ərzaq ətdir. Bir gündə restorana 5-8 min manat dəyərində ət gətirilir. Necə olar bilər ki, restorana 21 min 800 manat dəyərində kömür gətirilsin?! Bu qədər kömürü restorana kim gətirə bilər?! Niyam Salami bir dəfə də olsun kömür satanı görməyib. Mən onda səhv etdim ki, adıma VÖEN açdırdım. VÖEN adıma olduğu üçün hər şeyi üzərimə atdılar".
Niyam Salami günahın iddiaçıda olduğunu deyib:
"Sənin pulunu kimsə vermirdisə, o zaman mənə müraciət edərdin. Kabinetdə otururdum, məni tapmaq çətin deyildi. Bildirərdin ki, Niyam bəy, sizin adınıza restorana mal gətiririk, başımıza belə oyun açırlar. Həmin vaxt məsələni həll edərdim. Mən restorandan gedəndən sonra deyirlər ki, Niyam Salami 21 min 800 manat pul borcludur. Bu, reallıq deyil. Kömür satana heç kim inanmasın. Restoranın sahibinə gücləri çatmır.
Mən restorandan uzaqlaşandan sonra tədricən müflis olmağa başladılar. Restoranın VÖEN-i mənim adıma olduğu üçün bütün borcları üzərimə atdılar. VÖEN adıma olduğu üçün mən balamın boğazından kəsib, məcbur olub, yavaş-yavaş pulları ödəyirəm".
***
Müğənni Niyam Salami bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəmədə ittiham olunur.
Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhər sakini E.Abbəkirov 2023-cü ilin avqust ayında Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami - red.) ondan 21 800 manat dəyərində kömür alıb pulunu verməməsini bildirilib.
Faktla bağlı araşdırma aparılır.
(oxu.az)
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












